İlham ƏIiyevin və Avstraliyanın xarici işlər naziri Kevin Ruddun görüşü olmuşdur

01 dekabr 2010, 11:48
İlham ƏIiyevin və Avstraliyanın xarici işlər naziri Kevin Ruddun görüşü olmuşdur

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Avstraliyanın xarici işlər naziri Kevin Ruddun görüşü olmuşdur.

Kevin Rudd ölkəsinin Azərbaycan ilə həm ikitərəfli, həm də təhlükəsizlik, ekologiya və qlobal məsələlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu dedi. O, Avstraliyada Azərbaycan icmasının olduğunu bildirdi.

Prezident İlham Əliyev dedi ki, Azərbaycan Avstraliya ilə əməkdaşlığı inkişaf etdirə bilər. Azərbaycanın son illər bütün sahələrdəki inkişafından danışan dövlətimizin başçısı dedi ki, Avstraliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün hər cür şərait vardır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunuldu. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı. 

gallery-photogallery-photo