İlham Əliyev Astanada ATƏT-in VII sammitində iştirak etmişdir

01 dekabr 2010, 08:30
İlham Əliyev Astanada ATƏT-in VII sammitində iştirak etmişdir

Qazaxıstanın paytaxtı Astanada ATƏT-in VII sammiti keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir.

Sammitdə ümumilikdə 56 üzv və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, nümayəndə heyətləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdirlər.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sammitin keçirildiyi “Müstəqillik” sarayında nümayəndə heyətlərinin rəhbərlərini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Sammit başlamazdan əvvəl Prezident İlham Əliyev Almaniyanın federal kansleri Angela Merkel, Ukrayna Prezidenti Viktor Yanukoviç və Tacikistan Prezidenti Emoməli Rahmonla görüşdü.

Sammit iştirakçıları birgə foto çəkdirdilər. 

ATƏT-in VII sammitini Qazaxıstan Prezidenti Nursultan Nazarbayev açdı. O bildirdi ki, bu gün dünya təhlükəsizliyin yeni formatına keçmişdir. Qazaxıstan Prezidenti nüvəsiz dünya ilə bağlı ümumi bəyannamənin qəbulunu dəstəkləməyə çağırdı. Nursultan Nazarbayev bu sammitdə Əfqanıstandakı vəziyyət, qeyri-qanuni miqrasiya, kütləvi qırğın silahlarının yayılması təhlükəsi, qlobal iqtisadi böhran və digər vacib məsələləri müzakirə etmək üçün gözəl imkan yarandığını diqqətə çatdırdı. Qeyd etdi ki, dünyanın çağırışlarına layiqincə cavab vermək üçün ATƏT-in institutlarının sayı artırılmalıdır.

Qurumun iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə toxunan N.Nazarbayev Maastrix strategiyasına “Maastrix müsbət” sənədini əlavə etməyi təklif etdi. Daha bir təklif iqtisadi forumun yaradılması ilə bağlı oldu. Həmçinin silahsızlaşdırma üçün forumun yaradılması təklifi də səsləndi. Qazaxıstan Prezidenti dinlərarası dialoqun genişləndirilməsinin vacibliyini vurğulayaraq, sammit iştirakçılarını yeni onillikdə tolerantlıq sənədi üzərində işləməyə çağırdı.

ATƏT-in hazırkı sədri, Qazaxıstanın dövlət katibi və xarici işlər naziri Kanat Saudabayev qurumun əsas prinsiplərini dəstəklədiklərinə görə iştirakçı dövlətlərə minnətdarlıq etdi. Qazaxıstanın quruma sədrliyi dövründə görülən işlərdən danışan K.Saudabayev millətlərarası və dinlərarası dialoqun qurulmasına xüsusi diqqət yetirdi. Təşkilatın prioritetlərini sadalayan ATƏT-in hazırkı sədri onu da vurğuladı ki, uzunmüddətli münaqişələr üzrə görülən işlər nikbinlik üçün əsas yaradır. K.Saudabayev ATƏT-ə sədrliyin Litvaya keçəcəyini deyərək bildirdi ki, Qazaxıstan bundan sonra da ATƏT-in fəal iştirakçısı kimi qalacaqdır.

Sonra BMT-nin baş katibi Pan Gi Mun çıxış edərək bildirdi ki, indi dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına daha çox ehtiyac vardır. Bunun üçün birgə əməkdaşlıq daha faydalıdır. “ATƏT regionunda uzun müddətdir ki, həll olunmayan münaqişələr mövcuddur. Onlar sülh və danışıqlar yolu ilə həllini gözləyir. Eyni zamanda, münaqişə bölgələrində yaşayan insanlar da haqlı olaraq bizdən kömək istəyirlər”, – deyən BMT-nin baş katibi bütün beynəlxalq təşkilatların narahatlıq doğuran məsələlərin həllində eyni mövqedə durmasının və birgə əməkdaşlıq etməsinin mövcud problemlərin həllinə yol açacağına ümid bəslədiyini diqqətə çatdırdı. Pan Gi Mun BMT-ATƏT əməkdaşlığından razı qaldığını, hər iki qurumun dünyada mövcud olan münaqişələrin, qlobal təhlükələrin qarşısının alınmasında və həllində eyni mövqedən çıxış etdiyini bildirdi.

ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiou isə dedi ki, dünyada etimad məsələlərinin qloballaşdığı bir vaxtda ATƏT-in son 11 ildəki tarixində bu cür böyük tədbirin təşkil olunması mühüm hadisədir. O bildirdi ki, ATƏT-in ən vacib qurumlarından olan Parlament Assambleyası da təşkilata daxil olan bəzi ölkələrin ərazisində münaqişələrin olmasından narahatdır və ATƏT bütün problemlərin sülh yolu ilə həllinə çalışır.

ATƏT-in baş katibi Mark Perrin de Brişambo çıxışında bildirdi ki, ATƏT tarixi zərurətdən yaranmışdır və indiki sammit də bu qurumla əməkdaşlığa yeni regionların cəlb olunacağını göstərir. “Sammitdə qəbul olunacaq sənədlər qurumun fəaliyyətində yeni bir mərhələ olacaq”, - deyən baş katib ümumi təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların birgə fəaliyyətinin zəruri olduğunu bildirdi.

Sonra sammitdə digər ölkələrin dövlət və hökumət başçıları çıxış etdilər. Onlar dünyada, həmçinin Avropada sülhün və təhlükəsizliyin təmin olunmasında, insan hüquqlarının müdafiəsində, terrorizmin və narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasında, münaqişələrin həllində ATƏT-in fəaliyyətinin vacibliyinə diqqət çəkdilər. Çıxışlarda münaqişələrin həllində ərazi bütövlüyü prinsipinin qorunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və digər münaqişələrin sülh yolu ilə həllinə dair fikirlər səsləndi.

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in sammitində çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab sədr!

Xanımlar və cənablar!

İlk öncə bu zirvə görüşünün əla təşkili, göstərilmiş səmimi qonaqpərvərlik və il ərzində ATƏT-ə sədrlik etdiyinə görə Prezident Nursultan Nazarbayev və bütün qazaxıstanlı dostlarımıza minnətdarlığımı bildirmək istəyirəm.

Mən diqqətinizi regionumuzdakı təhlükəsizlik məsələlərinə cəlb etmək istərdim. Ermənistan ilə Azərbaycan arasında hazırkı silahlı münaqişə beynəlxalq və regional sülh və sabitliyə əsas təhdid olaraq qalır. Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan nəinki Dağlıq Qarabağı, o cümlədən Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Ermənistan şəhər və kəndlərimizi, evlərimizi və müqəddəs yerlərimizi, ulu babalarımızın məzarlarını və məscidlərimizi dağıtmışdır. Onlar hərbi cinayətlər və Xocalıda soyqırımı törətmişlər və orada yüzlərlə mülki şəxs yalnız azərbaycanlı olduğuna görə Ermənistanın silahlı qüvvələri tərəfindən məhv edilmişdir. Xocalının günahsız qurbanları arasında 100-dən artıq uşaq olmuşdur.

Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. O, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir. Bu gün Ermənistan işğal edilmiş ərazilər üzərində nəzarəti saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıdışına mane olmaq məqsədilə gücdən istifadə edir. Buna baxmayaraq, Azərbaycan hər zaman sülh danışıqlarına sadiq qalmış, qalır və yenə də ümid edir ki, onlar nəticə gətirəcəkdir. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşma, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır. Lakin Ermənistan münaqişənin mümkün qədər tezliklə uzunmüddətli həllinə nail olmaq məqsədilə vicdanla danışıqlar aparmaq əvəzinə, gözlənilməz nəticələri ola biləcək münaqişənin eskalasiyasına üstünlük verir. Ermənistan daimi olaraq atəşkəs rejimini pozur, işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirir, işğal edilmiş şəhər və kəndlərimizin tarixi adlarını dəyişməyə cəhd göstərir. Ermənistan qeyri-qanuni olaraq mülki şəxsləri işğal edilmiş ərazilərə yerləşdirir, vəziyyəti dönməz və sülh prosesini mənasız etməyə çalışır.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyət ATƏT-in faktaraşdırıcı missiyasının 2005-ci ildə regiona etdiyi səfərdən sonra hazırlanmış məruzədə əks olunub. Ermənistanın danışıqlar prosesindəki davranışı bizi belə qənaətə gətirir ki, Ermənistan sülh istəmir, işğal edilmiş əraziləri azad etmək fikrində deyil, sadəcə bacardığı qədər status-kvonu saxlamaq və danışıqlar prosesini müddətsiz etməyi arzulayır.

ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılmışdır, danışıqlar təxminən 20 ildir ki, aparılır, lakin heç bir nəticə yoxdur.

Azərbaycan Praqa prosesi çərçivəsində son altı il ərzində Minsk qrupunun həmsədr ölkələri tərəfindən hazırlanmış təklifləri qiymətləndirir. Biz danışıqları davam etdirməyə, onları mümkün qədər tez yekunlaşdırmaq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanacaq həll variantına nail olmağa hazırıq.

Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32
SƏNƏDLƏR Fərmanlar 01 may 2024
14:30
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

01 may 2024, 14:30