İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşmüşdür

20 may 2014, 21:05
İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşmüşdür

Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşmüşdür.

Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Çin Xalq Respublikasının sədri Si CİNPİN görüşdə çıxış edərək dedi:

- Cənab Prezident Əliyev,

Sizi Çində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında səmimi salamlayıram. Yadımdadır, Sizinlə axırıncı dəfə Soçi Olimpiadasının açılış mərasimində görüşmüşdük. Mən, ilk növbədə, Sizi Azərbaycan prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə bir daha təbrik etmək istəyirəm. Çin tərəfi Azərbaycanın yaxşı dostu və etibarlı tərəfdaşı kimi son illərdə iqtisadiyyatın və cəmiyyətin inkişafında qazanılmış uğurlara ürəkdən sevinir. Əminəm ki, Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi ilə böyük milli dirçəliş və tərəqqi işində daim yeni uğurlar qazanacaqdır.

Çin və Azərbaycan xalqlarını hələ iki min il bundan əvvəl Böyük İpək Yolu birləşdirirdi. Bizim ənənəvi dostluğumuzun çox uzun tarixi vardır. Azərbaycanlılar həmişə deyirlər ki, bərabərlik olmayan yerdə dostluq da yoxdur. Ölkələrimiz 22 il ərzində bərabərlik, qarşılıqlı fayda və hörmət ruhunda dostluğu və əməkdaşlığı daim inkişaf etdirir. Hazırda bizdə siyasi münasibətlərin çox möhkəm təməli, qarşılıqlı etimadın yüksək səviyyəsi formalaşmışdır, praktiki əməkdaşlığın böyük nəticələri göz qabağındadır. Sizin atanızı ayrıca xatırlamaq istəyirəm. Çin xalqı ona dərin hörmət bəsləyir. Hörmətli Prezident Heydər Əliyev haqqında kitab, habelə “Çin azərbaycanlıların gözü ilə” məcmuəsi artıq hər iki ölkədə çapdan çıxmış və geniş müsbət ictimai rəy doğurmuşdur. Çin Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Sintszyan və Tibet kimi mühüm məsələlər barədə Sizin qətiyyətli dəstəyinizi təqdir edir və buna görə Sizə təşəkkür edirik. Biz bundan sonra da Azərbaycan xalqının milli xüsusiyyətlərinə müvafiq inkişaf yolunda seçimini dəstəkləyəcəyik. Biz Sizin suverenliyin, müstəqilliyin qorunmasına və iqtisadi inkişafa yönəlmiş səylərinizi dəstəkləyirik. Biz, əvvəllər olduğu kimi yenə azərbaycanlı tərəfdaşlarımızla birlikdə Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın davamlı inkişafını stimullaşdırmağa hazırıq.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Hörmətli cənab Sədr.

Bizim ölkəmiz haqqında səmimi sözlərinizə, xalqlarımız, dövlətlərimiz arasında münasibətlərə verdiyiniz qiymətə görə sağ olun. Mənə və bizim nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Sizin gözəl ölkənizə yenidən səfər etməyimə və Çin Xalq Respublikasının quruculuq və tərəqqi yolu ilə sürətli inkişafının bir daha şahidi olduğuma görə çox şadam.

Mən 9 il bundan əvvəl Şanxayda olmaq imkanı qazandım. Bu şəhər o vaxt da çox güclü təsir bağışlamışdı. Bu gün isə Şanxay buraya gələn hər bir insanı özünün inkişafı, Çin xalqının son illərdə nail olduğu dəyişikliyin möhtəşəmliyi və miqyası ilə valeh edir. Mənim atam, Azərbaycanın böyük oğlu, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev haqqında səmimi sözlərinizə görə də çox təşəkkür edirəm. Onun həyat və fəaliyyəti haqqında kitabın Çin dilində nəşr edilməsi böyük ehtiram əlamətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk və buna görə Sizə çox təşəkkür edirik.

Biz Çin Xalq Respublikası ilə bütün istiqamətlər üzrə əməkdaşlıq siyasətinə sadiqik. Biz bu əməkdaşlığı inkişaf etdirmək, dərinləşdirmək istəyirik və bu istiqamətdə konkret addımlar atmağa hazırıq. Siz beynəlxalq qurumlarda bizim bir-birimizi qarşılıqlı dəstəkləməyimizi qeyd etdiniz. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Sizin ölkənizi Birləşmiş Millətlər Təşkilatında həmişə dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcəkdir.

X X X

Görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu.

Söhbət zamanı beynəlxalq, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02