20:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulan səlahiyyətli orqanı hər bir texnologiyalar parkına münasibətdə Azərbaycan Respublikasının Prezidenti ayrıca müəyyən edir.
3. Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. üç ay müddətində:
4.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.1.3. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin 6.1.4-cü yarımbəndinə uyğun olaraq, texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması qaydasını müəyyən etsin;
4.1.4. həmin Əsasnamənin 6.1.5-ci yarımbəndinə uyğun olaraq, texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin formasını müəyyən etsin;
4.1.5. həmin Əsasnamənin 8.3-cü bəndinə uyğun olaraq, texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin formasını və ona əlavə edilən sənədlərin siyahısını müəyyən etsin;
4.1.6. həmin Əsasnamənin 8.7-ci bəndinə uyğun olaraq, texnologiyalar parkının ekspertlər şurası haqqında əsasnaməni təsdiq etsin;
4.1.7. həmin Əsasnamənin 11.3-cü bəndinə uyğun olaraq, birgə texnologiyalar parkının fəaliyyətinin təşkili və idarə olunması qaydasını müəyyən etsin;
4.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2014-cü il.
Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə...
16 aprel 2026, 18:34Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Hikmət Baba oğlu Məmmədov...
16 aprel 2026, 15:15
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”,...
15 aprel 2026, 16:19Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 16-cı və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin...
15 aprel 2026, 16:18Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının...
15 aprel 2026, 16:17