13:09

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, bina vaxtilə Tiflisdə yaşayıb işləyən M.F.Axundzadənin öz vəsaiti ilə inşa edilmişdir. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən 1982-ci ildə binada M.F.Axundzadənin ev-muzeyi yaradılmışdır. 1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunmuş və həmin vaxtdan Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərmişdir.
2007-ci ildə Gürcüstan Prezidentinin Sərəncamına əsasən Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilmişdir.
Bildirildi ki, 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə Muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Həmin il mayın 8-də Muzeyin açılışı olmuşdur.
Hazırda Muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları vardır. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq, təmsil və təbliğ etməkdir.
Muzey Gürcüstanda fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid milli dəyərlərimizi aşkarlayaraq tədqiq edir, onların sərgilərini keçirir. Muzeydə mədəni tədbirlər, konfranslar da təşkil olunur. Burada Mirzə Şəfi Vazehin 1820-1830-cu illərdə Gəncədə qurduğu “Divani-Hikmət” ədəbi məclisinin fəaliyyətini davam etdirən “Müdriklər Məclisi” yaradılmışdır.
Muzeyin 6 ekspozisiya zalı vardır. Bu zallarda Azərbaycanın milli musiqi alətləri, geyimlər, xalq sənətinin müxtəlif sahələrinə aid nümunələr, M.F.Axundzadənin həyat və fəaliyyətini əks etdirən eksponatlar, onun şəxsi əşyaları, müxtəlif dillərdə nəşr olunmuş əsərlərinin üz qabıqlarının, görkəmli Azərbaycan dramaturqu ilə sıx təmasda olmuş şair və yazıçıların fotoşəkilləri, o dövrdəki konsert afişalarının surətləri nümayiş etdirilir.
Zallardan biri Azərbaycan-Gürcüstan dostluğuna həsr olunmuşdur. Burada Azərbaycan və Gürcüstan heykəltəraşlarının xalqlarımızın dostluq münasibətlərini əks etdirən əsərləri, Tbilisi şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, M.F.Axundzadə adına məktəbin və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və “Dostluq abidəsi”nin fotoşəkilləri yer almışdır.
Muzeydə Tbilisi şəhərində yeganə olan Azərbaycan dilli kitabxana fəaliyyət göstərir. Həmçinin binada incəsənət qalereyası və “Müsyö Jordan” kafe-kitabxanası yerləşir.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38