08:42

Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının növbəti Sammiti işə başlamışdır.
Bu Sammit “Şərq tərəfdaşlığı”nın 2009-cu ildə keçirilmiş Praqa Sammitinin beşinci ildönümünə həsr olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak etmişdir.
Sammit Praqa qəsrində dövlət və hökumət başçılarının rəsmi qarşılanma mərasimi ilə başladı.
İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı meydanda dövlət və hökumət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çexiya Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Daha sonra Sammitin birinci iclası keçirildi.
Prezident İlham Əliyev iclasda iştirak etdi.
Çex Respublikasının Prezidenti Miloş Zeman Sammiti açaraq iştirakçı ölkələrin dövlət və hökumət başçılarını salamladı. O, “Şərq tərəfdaşlığı” Proqramının ötən beş ildə böyük inkişaf yolu keçdiyini dedi, bu istiqamətdə görülən tədbirlərin iştirakçı ölkələri Avropa dəyərlərinə və meyarlarına daha da yaxınlaşdırdığını vurğuladı.
Çexiya dövlətinin başçısı qarşıda duran vəzifələrdən danışarkən əmin olduğunu bildirdi ki, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcəkdir.
Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle “Şərq tərəfdaşlığı” Proqramının beşinci ildönümü münasibətilə təbriklərini çatdırdı. Komissar bu görüşün 2013-cü ildə Vilnüsdə keçirilmiş “Şərq tərəfdaşlığı” Sammiti ilə gələn il Riqada təşkil ediləcək növbəti Zirvə görüşü arasında bir bağlantı olduğunu diqqətə çatdırdı.
Sonra müzakirələr başladı.
“Şərq tərəfdaşlığı” Proqramı Avropa İttifaqının yeni layihələrindən biri hesab olunur. Proqram 2008-ci ilin mayında Avropa İttifaqının üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanı əhatə edən “Şərq tərəfdaşlığı” Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Bu proqram Avropa İttifaqına daha da yaxınlaşmağı, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməyi nəzərdə tutur, demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.
“Şərq tərəfdaşlığı” Sammiti ilk dəfə 2009-cu ilin mayında Praqada keçirilmişdir. İkinci Sammit 2011-ci ilin sentyabrında Varşavada, üçüncüsü isə ötən ilin noyabrında Vilnüsdə təşkil edilmişdir.
X X X
Aprelin 24-də Çex Respublikasının Prezidenti Miloş Zemanın adından “Şərq tərəfdaşlığı” Proqramının qəbul edilməsinin beş illiyinə həsr olunmuş Sammitdə iştirak etmək üçün Praqada səfərdə olan dövlət və hökumət başçılarının şərəfinə nahar verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak etmişdir.
Sonra konsert proqramı olmuşdur.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40