Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşünün sənədləri imzalanmışdır

18 noyabr 2010, 22:00
Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşünün sənədləri imzalanmışdır

Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşündən sonra sənədlərin imzalanması mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Sazişi və prezidentlərin birgə bəyanatını imzaladılar.