Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14 mart 2014, 18:25

2015-ci ildə respublikanın ali elmi qurumu Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 70 ili tamam olur. 

Ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onun ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında Milli Elmlər Akademiyasının müstəsna rolu vardır. Yarandığı vaxtdan etibarən ötən fəaliyyət müddəti ərzində o, mühüm nailiyyətlər qazanmış, elmi məktəblərin qurulmasına müvəffəq olmuş, beynəlxalq elm strukturlarına uğurla inteqrasiya etmişdir. Akademiya müstəqil dövlətçiliyin əsaslarının möhkəmləndirilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən bu gün də layiqincə gəlir və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrini əsirgəmir. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının respublikada elmin təşkili və inkişafındakı böyük xidmətlərini nəzərə alaraq qərara alıram: 

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Akademiyanın 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2014-cü il.

SƏNƏDLƏR Sərəncamlar 04 aprel 2025
11:37
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin...

04 aprel 2025, 11:37
SƏNƏDLƏR Məktublar 03 aprel 2025
20:12
Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri İrina Vinerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrik

Möhtərəm İlham Heydər oğlu.

Sizi Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müsəlmanlar üçün mühüm əhəmiyyətə malik bu bayram müqəddəs Ramazan ayının başa çatmasını simvolizə edir və İslam dünyasında ən çox...

03 aprel 2025, 20:12
SƏNƏDLƏR Məktublar 03 aprel 2025
20:10
Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri İrina Vinerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik

Hörmətli İlham Heydər oğlu.

Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu bayram təbiətin oyanmasının, sülh, birlik və əmin-amanlıq yolunda insanlar arasında əlaqələrin möhkəmlənməsinin rəmzidir.

Ənənələrlə və dərin...

03 aprel 2025, 20:10