İlham Əliyev Soçidə Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşmüşdür

06 fevral 2014, 22:05
İlham Əliyev Soçidə Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşmüşdür

Prezident İlham Əliyev Soçidə Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin gücləndirilməsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə ticarət, sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 mart 2025
13:09
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni...

19 mart 2025, 13:09
SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02