Davosda Prezident İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi. Siyasi, iqtisadi, energetika, sərmayə qoyuluşu, tikinti və bank sektorunda əməkdaşlığın böyük potensiala malik olduğu bildirildi və bu sahələrdə əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycanın sürətli iqtisadi inkişafının ikitərəfli əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı imkan yaratdığı qeyd edildi, qarşılıqlı investisiyaların bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.