İlham Əliyev Göygölə içməli suyun verilməsi mərasimində iştirak etmişdir

21 yanvar 2014, 16:20
İlham Əliyev Göygölə içməli suyun verilməsi mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Göygölə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə tərəqqisi yüksək templərlə davam edən müasir Azərbaycan zaman keçdikcə daha çox yeni nailiyyətlərin müəllifi kimi də tanınmaqdadır. Dövlətin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial ehtiyaclarının diqqət mərkəzində saxlanılması, elektrik, qaz, içməli su təminatının daha da yaxşılaşdırılmasıdır. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Göygöl şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasıdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, Göygöl şəhərinə çəkilmiş yeni su xətti layihəsinin icrası 3 mərhələdə aparılmışdır.

Birinci mərhələdə mənbəyi Murov dağının ətəyində olmaqla Kürəkçayın başlanğıcında yerüstü suların yığılması və süzülməsi üçün ümumi sahəsi 15 min kvadratmetr olan möhtəşəm hidrotexniki suqəbuledici-təmizləyici-ötürücü qurğular kompleksi tikilmişdir. Kompleksin layihə üzrə gücü saniyədə 132,5 litrdir. Bu qurğular kompleksinə infiltrasiya-drenaj qurğuları sahəsi, suqəbuledici qalereya, keçid məntəqəsi, transformator yarımstansiyası və mühafizə zonası daxildir. Qurğunun normal və fasiləsiz iş rejimini təmin etmək üçün 5 kilometr məsafədən dəmir-beton dirəklərlə yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Suyun süzülərək təmizlənməsi üçün qurğuya müxtəlif fraksiyalı 41 min kubmetr qum-çınqıl materialı təbəqə-təbəqə yığılaraq təbii filtr qatı yaradılmışdır.

Kürəkçay mənbəyindən suyun əhaliyə çatdırılması üçün əsas nəqledici magistral içməli su xəttinin tikintisi başa çatdırılmışdır.

Suqəbuledici-təmizləyici-ötürücü qurğular kompleksindən su anbarlarına magistral xətt çəkilmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, bu xətlə Göygöl şəhəri ilə yanaşı, Toğana, Çaykənd, Yeni Zod, Göyçəkənd, Mixaylovka, Hacıkənd, Aşıqlı kəndlərinin əhalisi fasiləsiz olaraq təmiz içməli su ilə təmin ediləcəkdir. Qurğunun potensial gücü əhalinin 2031-ci ilə olan artım proqnozunu nəzərə almaqla 29 min nəfər şəhər əhalisinin saniyədə 72 litr və 10 min nəfər kənd əhalisinin saniyədə 18 litr su ilə fasiləsiz tam təmin olunmasına imkan verəcəkdir.

Layihənin icrasının ikinci mərhələsində şəhərin müxtəlif yüksəkliklərində hər birinin tutumu 1000 kubmetr olan 6 su anbarı və suyun xlorlanması üçün qurğu, yerli “Sukanal” idarəsi üçün müasir cihaz və avadanlıqlarla təchiz edilmiş laboratoriya otaqları olan inzibati bina və istehsalat bazası tikilmişdir. Burada suyun istehlakçılara normal çatdırılması üçün bütün operativ tədbirləri həyata keçirmək məqsədilə hər cür şərait yaradılmışdır. Bu mərhələdə şəhərdaxili su şəbəkəsində, anbarlar arasında, ev birləşmələrində boru xətləri çəkilmiş, bütün abunəçilərin evlərində smart tipli su sayğaclarının quraşdırılması nəzərdə tutulmuşdur.

Bundan başqa, şəhər kanalizasiya sistemində 134 min 555 poqonmetr uzunluqda kanalizasiya xətləri çəkilmiş, 1948 kanalizasiya quyusu və 4500 abunəçinin həyətinə ev baxış quyusu tikilmiş, 3 kanalizasiya nasos stansiyası inşa edilmişdir. Bildirilmişdir ki, hazırda layihənin icrasının üçüncü mərhələsi çərçivəsində gün ərzində 5500 kubmetr çirkab su təmizləmək gücünə malik qurğular kompleksinin tikintisində və texnoloji avadanlıqların quraşdırılması prosesində tamamlama işləri gedir. Kompleks bu ilin birinci rübündə istismara təhvil veriləcəkdir.

Prezident İlham Əliyev şəhərə çəkilmiş yeni su xəttinin açılışını etdi.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:34
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...

19 aprel 2025, 11:34
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:30
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

19 aprel 2025, 11:30
SƏNƏDLƏR Qanunlar 19 aprel 2025
11:28
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...

19 aprel 2025, 11:28
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:26
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...

19 aprel 2025, 11:26