İlham Əliyev Göygöl şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

21 yanvar 2014, 16:00
İlham Əliyev Göygöl şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev Gəncə şəhərinə səfərini başa çatdıraraq Göygöl rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu ərazi rayon sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarındandır.

Burada orijinal fəvvarələr quraşdırılmış, yaşıllıq zolağı salınmışdır.

gallery-photogallery-photogallery-photogallery-photo