İlham Əliyev Xəzər neft və qaz sərgisinin açılışında iştirak etmişdir

01 iyun 2010, 12:10
İlham Əliyev Xəzər neft və qaz sərgisinin açılışında iştirak etmişdir

İyunun 1-də yeni inşa olunmuş Bakı Sərgi Mərkəzində XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlamışdır. Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə Bakı Sərgi Mərkəzinin açılışını bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Builki ekspozisiyada neft, qaz, neft kimyası sahələri üçün maşın və avadanlığın geniş çeşidləri, neft-qaz sənayesi məhsulları, yeni texnologiyalar və xidmətlərlə bağlı işlər nümayiş olunur. Dünyanın 26 ölkəsindən, təxminən 280 şirkətin iştirak etdiyi sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 15 faiz artmışdır. Sərgi sahəsinin 40 faizdən çoxu dünyanın məşhur şirkətləri tərəfindən tutulmuşdur. Bu şirkətlərin əksəriyyəti Xəzər neft və qaz sərgisinin daimi iştirakçılarıdır.

Prezident İlham Əliyev açılış mərasimində nitq söyləmiş, sərginin pavilyonları ilə tanış olmuşdur.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo