Türkiyə Respublikasının X Prezidenti Əhməd Necdət Sezər İlham Əliyevə telefonla zəng etmişdir

24 dekabr 2013, 15:30

Türkiyə Respublikasının X Prezidenti Əhməd Necdət Sezər Prezident İlham Əliyevə telefonla zəng etmişdir.

Əhməd Necdət Sezər Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona ali dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Respublikasının X Prezidenti Əhməd Necdət Sezərə minnətdarlığını bildirmişdir.