Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl İlham Əliyevə telefonla zəng etmişdir

24 dekabr 2013, 15:30

Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl Prezident İlham Əliyevə telefonla zəng etmişdir.

Süleyman Dəmirəl Prezident İlham Əliyevə ad günü münasibətilə təbriklərini çatdırmış, ona dost və qardaş Azərbaycan xalqının rifahı naminə yeni-yeni uğurlar arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirələ minnətdarlığını bildirmişdir.