“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” Azərbaycan Respublikasının yubiley medalının, “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”, “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12 noyabr 2010, 20:19

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” Azərbaycan Respublikasının yubiley medalının, “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”, “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1112-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” Azərbaycan Respublikasının yubiley medalının, “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”, “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” Azərbaycan Respublikasının yubiley medalının, “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”, “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1112-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 4-cü bəndində və “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 2-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunla təsdiq edilmiş ”Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci bəndində və “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 4-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2010-cu il

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10