Vilnüsdə Prezident İlham Əliyevin Estoniya Respublikasının Baş naziri Andrus Ansip ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında Vilnüs Sammiti çərçivəsində imzalanan viza rejiminin sadələşdirilməsinə dair sənədin əhəmiyyəti vurğulandı və bundan Estoniya tərəfinin məmnun qaldığı qeyd olundu.
Ölkələrimizin turizm, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində əməkdaşlığının yaxşı perspektivlərinin olduğu bildirildi.
X X X
Bununla da noyabrın 29-da Prezident İlham Əliyevin Litva Respublikasına işgüzar səfəri başa çatdı.