“Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

28 noyabr 2013, 15:25
“Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 nömrəli Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 682; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 141; 2004, № 5, maddə 312) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qanunla təsdiq edilmiş “Hərbi xidmətlərə görə” medalının təsviri”ndə:
1.1. birinci hissədə “35 mm” sözləri “36 mm” sözləri ilə, “girdə” sözü “dairəvi gümüşü” sözləri ilə əvəz edilsin;
1.2. üçüncü hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin;
1.3. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Açıq qəhvəyi rəngli xara lentin sağ və sol kənarlarında 1 mm enində açıq boz rəngli zolaq vardır. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü gümüşü rəngli təbəqə bərkidilmişdir.”;
1.4. beşinci hissədə “üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm” sözləri “eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.
2. Həmin Qanuna əlavə edilmiş “Hərbi xidmətlərə görə” medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2013-cü il.

SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:24
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin...

25 aprel 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:22
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumunun müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 427-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi...

25 aprel 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 25 aprel 2025
17:20
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə...

25 aprel 2025, 17:20