“Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə”Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

27 noyabr 2013, 23:00

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 12, I kitab, maddə 678; 2006, № 11, maddə 934) ilə təsdiq edilmiş “Vətənə xidmətə görə” ordeninin təsviri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci hissənin ikinci cümləsində “səkkizguşəli ulduzun yığılması iki kvadrat təşkil edir” sözləri “səkkizguşəli ulduzun üzərində dairə yerləşdirilmiş” sözləri ilə əvəz edilsin.
2. Dördüncü hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin.
3. Beşinci hissə aşağıdakı redaksiyada verilsin:
“Orden paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə, aşağıya doğru bucaq altında kəsilən xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Lent hər birinin eni 12 mm olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən 3 maili zolaqdan ibarətdir. Orta zolaq milli ornamentlə bəzədilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, ordenin dərəcəsinə uyğun metaldan təbəqə bərkidilir.”.
4. Altıncı hissədə “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2013-cü il.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:34
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...

19 aprel 2025, 11:34
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:30
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

19 aprel 2025, 11:30
SƏNƏDLƏR Qanunlar 19 aprel 2025
11:28
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...

19 aprel 2025, 11:28
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:26
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...

19 aprel 2025, 11:26