“Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

27 noyabr 2013, 21:00

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 12, I kitab, maddə 679; 2006, № 11, maddə 934) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qanunla təsdiq edilmiş “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təsviri”ndə:
1.1. ikinci hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin;
1.2. üçüncü hissədə:
1.2.1. “27 mm x 47,5 mm ölçüdə sarımtıl-çəhrayı çalarlı beşbucaqlı” sözləri “37 mm x 50 mm ölçüdə qırmızı çalarlı, mərkəzində açıq-qızılı milli ornament, kənarlarında 2 mm ölçülü açıq-qızılı və 1 mm ölçülü qara rəngli şaquli zolaqlar təsvir olunmuş düzbucaqlı” sözləri ilə əvəz edilsin;
1.2.2. hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, aşağı hissəsinə aypara və səkkizguşəli ulduz yerləşdirilmiş mərkəzindən kənarlarına doğru şüalar istiqamətlənmiş, eni kənarlarda 10 mm, mərkəzdə 7 mm olan bürünc rəngli təbəqə bərkidilir.”;
1.3. dördüncü hissədə “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.
2. Həmin Qanuna əlavə edilmiş “Dövlət qulluğunda fərqlənməyə görə” medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2013-cü il.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43