Türkiyə Respublikası Prezidentinin iqamətgahında – Çankaya köşkündə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Türkiyənin və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş iqamətgahın qarşısında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladı.
Hərbi orkestrin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident İlham Əliyev türk əsgərlərini salamladı.
Türkiyə Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Abdullah Gülə təqdim edildi.
Sonra Azərbaycan və Türkiyə prezidentləri, xanımları Mehriban Əliyeva və Hayrünnisə Gül birgə xatirə şəkli çəkdirdilər.