İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfərə gəlmişdir

11 noyabr 2013, 22:10
İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfərə gəlmişdir

Prezident İlham ƏliyevTürkiyə Respublikasına rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.