08 may 2024, 11:43

Elvin Abdurahmanlıdan, İstanbul, Türkiyə

Hörmətli cənab Prezident!

Biz, Türkiyədə yaşayan azərbaycanlı gənclər olaraq, Sizin ifadə etdiyiniz “Qarabağ Azərbaycandır!” şüarı altında, İstanbulda Ulu Öndər Heydər Əliyevin doğum günündə “Qarabağ Azərbaycandır!” Əlaqələndirmə Dərnəyi quraraq, artıq 5-ci ildir ki, fəaliyyət göstəririk. Bu deviz altında İstanbul şəhərində rəsmi fəaliyyət göstərən yeganə dərnəyik.

Sizin Azərbaycan Respublikası üçün illərdir yürütdüyünüz uğurlu daxili və xarici siyasətinizi və rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən layihələri yaxından izləyirik. Azərbaycanın 4 kəndinin Ermənistandan geri alınması barədə razılıq əldə olunması Sizin Türk dünyasının sərkərdəsi olduğunuzun bir daha isbatıdır.

“Qarabağ Azərbaycandır!” Əlaqələndirmə Dərnəyinin 470-ə yaxın üzvü adından Sizə öz təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.

Yaşasın Ali Baş Komandan!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Elvin Abdurahmanlı,

“Qarabağ Azərbaycandır!” Əlaqələndirmə Dərnəyinin rəhbəri.

Türkiyə Respublikası, İstanbul şəhəri.