08 may 2024, 11:00

Faiq Yusifovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident, tarix yazan Müzəffər Ali Baş Komandan!

Xalqımız ”Dəmir yumruğunuz" ətrafında birləşərək Sizin rəhbərliyinizlə Vətən torpaqlarını işğaldan azad etdi. Sizin siyasi iradəniz, uzaqgörənliyiniz və qətiyyətiniz sayəsində Vətənimizin ərazi bütövlüyü bərqərar oldu. Artıq bütün şəhidlərimizin ruhları şaddır.

Ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına Sizin tərəfinizdən böyük diqqət və qayğı göstərilir. Vətən müharibəsinin əlili kimi yeni, təmirli mənzilə təmin olunmağım da bu qayğının bariz nümunələrindəndir.

Bu günlərdə Sizin müvafiq Sərəncamınızla yaşadığımız əraziyə qəsəbə statusunun verilməsi və “Şəfəq” adlandırılması bizi bir daha sevindirdi. Bu, Sizin qayğınızın hər zaman daimi olmasının göstəricisidir.

Cənab Prezident, Bizə hər zaman qayğı göstərdiyiniz üçün Sizə minnətdarlığımızı bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Yusifov Faiq Mansur oğlu, Vətən müharibəsinin əlili.

Azərbaycan Respublikası, Abşeron rayonu, Şəfəq qəsəbəsi.